Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı

Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
SOSİAL
21:20 19.11.2026
47
Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində dörd yeniyetmə xəsarət alıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qax rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yeniyetmənin idarə etdiyi minik avtomobili qəza nəticəsində aşıb. Avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri, 16 yaşlı Y.Aslanlı, 16 yaşlı E.Buğdaliyev, 16 yaşlı Q.Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı A.Əfəndizadə xəsarət alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR