Qaxda dəhşətli qəza: 4 ölü - Hadisə Yerindən Fotolar

Qaxda dəhşətli qəza: 4 ölü - Hadisə Yerindən Fotolar
Bütün Xəbərlər
11:54 27.08.2015
1722

Toy mərasimindən gələn şəxslər qəzaya uğrayıblar

Qax- Şəki yolunda baş verən qəzada 4 nəfər ölüb. AZXƏBƏR.COM- un ANS PRESS-ə istinadən  məlumatına görə Qaxdan Şəki istiqamətinə hərəkət edən sürücü qəfil idarəetməni itiriblər və yol kənarındakı dərəyə aşaraq 50 metrə qədər yuvarlanıb. Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin yerindəcə keçiniblər.

Qəza gecə baş versə də hadisədən yalnız səhər saatlarında xəbər tutulub. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının əməkdaşları meyidləri aidiyyatı üzrə təhvil veriblər. İlkin məlumatlara görə avtomobil qəzasında ölənlər Şəki İstintaq Təcridxanasının əməkdaşlarıdır. Həmin şəxslərin Qax rayonundan toy mərasimindən qayıtdığı bildirilir

OXŞAR XƏBƏRLƏR