Qax rayonunda ilansancma hadisəsi baş verib. Hadisə rayonun Güllük kəndi ərasində qeydə alınıb.Qax Rayon Mərkəzi Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Güllük kənd sakini Məmmədvəli Məmmədrəhim oğlu Namazov gecə saat 03:40 radələrində hava isti olduğu olduğu üçün biraz gəzmək məqsədilə həyətə düşüb.Elə bu zaman ilan onu ayaq nahiyəsindən sancıb. Ailə üzvlərinin köməkliyi ilə o dərhal Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. M. Namazova dərhal zəhər əleyhinə zərdab vurulub.Hazırda onun vəziyyəti normaldır.Qeyd edək ki, Qaxda bundan əvvəl bu yay ərzində 10 belə hadisə qeydə alınıb.Ümumiyyətlə Şəki-Zaqatala zonasında bu il bənzər hadisələrin sayında artım qeydə alınıb.