Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapıldı

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapıldı
SOSİAL
10:14 04.02.2022
219

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından taplıb.

Qeyd edək ki, A.Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

OXŞAR XƏBƏRLƏR