Qaxda yol qəzasında azyaşlı ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Qaxda yol qəzasında azyaşlı ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
SOSİAL
15:39 01.08.2026
188
Qaxda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Niva"da olan azyaşlı sərnişin, Şamaxı rayon sakini S. Babazadə ölüb.

Onun ailə üzvləri - 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı və "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar.

Xəsarət alanlar Qax xəstəxanasına yerləşdirilib.
 
 
***

14:15
 
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə Qax-Qoragan avtomobil yolunda olub.

Belə ki, hərəkətdə olan "Mercedes” və "Niva” markalı iki avtomobil toqquşub.


Nəticədə bir neçə nəfər ağır bədən xəsarətləri alaraq Təcili Yibbi Yardım avtomobili ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Bir azyaşlının isə öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

 


 
//qafqazinfo 
OXŞAR XƏBƏRLƏR