Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub.
AZXEBER.COM-un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb.
İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində baş verdiyi müəyyən edilib.
AQTA bununla əlaqədar əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyənləşdirilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələkləri toplamamağa və istehlak etməməyə çağırıb.











































