Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqəti

Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqəti
MAQAZİN
11:27 01.05.2026
781
Son illərdə həm Türkiyə, həm də dünya şou-biznesində məşhurların maliyyə problemləri tez-tez gündəmə gəlir. Bir vaxtlar böyük sərvətə sahib olan bu şəxslərin bəziləri müxtəlif səbəblərdən borc içində qalıb.
 
AZXEBER.COM bu məsələ iə ağlı apardığı araşdırmanı təqdim edir:

Türkiyə şou-biznesində maliyyə çətinliyi yaşayan məşhurların hekayələri bir-birinə bənzəyir. Buna uğursuz ticarət, qumar borcları və başqa səbəblər aid edilə bilər.

Qumar və nəzarətsiz xərclər deyəndə ilk ağıla gələn sima Serdar Ortaç olur. Uzun illər qumar səbəbilə böyük borclar yığdığını açıqlayan sənətçi, sərvətinin demək olar ki, hamısını itirib.

Mehmet Ali Erbil səhhətindəki problemlərə görə uzun müddət işləyə bilməyib və bu səbəblə sərvətinin böyük qisminin tükəndiyini açıqlamışdı. Onun gəlirinin əsas mənbəyi televiziya proqramları və şou layihələri olduğu üçün, ciddi sağlamlıq problemləri, uzun reabilitasiya dövrü səbəbilə uzun müddət ekranlardan uzaq qaldı. Bu da gəlirin kəsilməsinə gətirib çıxardı.

 

İbrahim Tatlıses sərvəti və biznesi ilə bu gün də gündəmdə olmasına baxmayaraq, bəzi biznes layihələrində zərər edərək maliyyə itkiləri yaşayıb. Musiqidən qazandığı pulları restoran və otel biznesi, media və televiziya layihələri, inşaat və daşınmaz əmlaka yatırım edən sənətçinin planları uğursuz olub. Onun açdığı restoranlar şəbəkəsinin böyük qismi oğlunun səhvi ucbatından bağlanıb. Bununla da sənətçi böyük pullar itirdiyini açıqlayıb.

 

Demet Akalın və Petek Dinçözə isə sevgi qurbanı demək olar.

Hər iki xanım müğənni həyat yoldaşlarının şəxsi və biznes problemləri səbəbilə maddi çətinliklərlə üzləşiblər. Hətta Demet Akalın həyat yoldaşı Okan Kurtun maliyyə problemlərinin ona təsir etməməsi üçün yalandan rəsmi olaraq ondan boşanıb. Petek Dinçöz isə keçmiş həyat yoldaşı ilə yollarını ayıran zaman onun borclarına ortaq olduğu üçün külli miqdarda pul ödəməli olub.

Yıldız Tilbe konsertləri ilə böyük pullar qazanan sənətçilərdəndir. Müğənni qazancını düzgün idarə edə bilmədiyini özü etiraf edərək sərvətinin olmadığını açıqlamışdı. Bu gün də anşlaqla keçən konsertlərinin olmasına baxmayaraq, sənətçi sərvətini daha çox xeyriyyə məqsədilə istifadə edir.

 

Dünya ulduzları arasında da oxşar həyatı yaşan və böyük maliyyə problemləri ilə üzləşən ulduzlar var. 

Lüks həyat tərzi və həddindən artıq lazımsız xərclər səbəbindən milyonlarla dollar qazansa da, iflas etdiyini açıqlayan boks dünyasının ulduzu Mayk Tayson buna ən yaxşı misaldır.  

Tayson iflas xəbərini 2003-cü ildə rəsmi olaraq məhkəmə qərarı ilə elan edib. Karyerası boyunca 300 milyon dollardan çox qazanc əldə etmiş idmançının 23 milyon dollar borcu var idi.

Hər bir ulduz günün birində səhnədən gedəcəyini düşündüyü üçün gələcək planlarında biznesə geniş yer verir. Amma yanlış investisiyalar səbəbindən bir çoxunun istəyi uğursuz olur. Aktyor Nicolas Cage daşınmaz əmlak və digər riskli yatırımlar səbəbilə böyük borclarla üzləşib və bir müddət böyük maliyyə problemləri yaşayıb. 

Maliyyə idarəetməsində problemlər xarici ulduzlarda da mövcud olduğundan reper MC Hammer şou-biznes tarixində ən məşhur maliyyə çöküşü yaşayan ulduzlardan biri hesab olunur. O, 13 milyon dollar borcu olduğunu deyərək rəsmi şəkildə müflis olduğunu açıqlamışdı. Böyük malikanə, lüks avtomobillər, şəxsi təyyarə və yüksək xərclər onun müflişməsinin əsas səbəbi kimi göstərilirdi.

2015-ci ildə reper "50 Cent", rəsmi iflas müraciəti edərək borclarının olduğunu elan etmişdi. O, borclarını tənzimləmək və maliyyə vəziyyətini yenidən qurmaq üçün atılan hüquqi addımlardan istifadə edəcəyini və 50 milyon dollar borcu olduğunu açıqlamışdı. 

 

Aysel Hacızadə


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Bu kənddə qadınlar 100 il yaşayırlar
06:38 30.10.2026
Bu kənddə qadınlar 100 il yaşayırlar
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
06:20 30.10.2026
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
06:10 30.10.2026
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb