Qazaxda 3 mülki vətəndaş minaya düşüb

Qazaxda 3 mülki vətəndaş minaya düşüb
Bütün Xəbərlər
17:40 07.10.2013
1496

3 azərbaycanlı təmas xəttində minaya düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində oktyabrın 6-da saat 10:30 radələrində Qazax rayonu Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpoud kənd sakini Xəqani Məhərrəmov və rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçiblər.Həmin şəxslər orada minaya düşüblər.Məlumata görə baş vermiş partlayış nəticəsində Ə.Əliyev ölüb və meyiti həmin ərazidə qalıb, xəsarət alan X.Məhərrəmov və V.Əliyev isə xəstəxanaya yerləşdiriliblər.

OXŞAR XƏBƏRLƏR