Qazaxda baş verən qəzada ölənlərin sayı dördə çatıb

Qazaxda baş verən qəzada ölənlərin sayı dördə çatıb
SOSİAL
21:59 18.11.2026
62
Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda baş verən qəzada ikisi uşaq olmaqla, dörd nəfər ölüb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi "Opel" və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi "Tofaş" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və "Tofaş"ın iki azyaşlı sərnişini həlak olub. "Tofaş"da olan bir qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR