Qazaxda gənclərin davası qanla bitdi

Qazaxda gənclərin davası qanla bitdi
SOSİAL
09:40 07.11.2026
59
Qazaxda həmkəndlilər arasında dava düşüb.

AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

2005-ci il təvəllüdlü İsmayıl Əlizadə iki bıçaq yarası ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İlkin məlumata görə, adıçəkilən şəxs onunla eyni kənddə yaşayan 19 yaşlı Fərid Musayev tərəfindən bıçaqlanıb. Artıq F.Musayev saxlanılıb, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR