AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Səfir həmçinin iki dövlət başçısı arasındakı intensiv siyasi dialoqa diqqət çəkib. Onun sözlərinə görə, son beş ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana 8 dəfə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Azərbaycana 6 dəfə səfər edib.
O əlavə edib ki, fəal təmaslar digər yüksək səviyyələrdə də davam edir. 2022-2025-ci illərdə iki ölkənin baş nazirləri səkkiz qarşılıqlı səfər, xarici işlər nazirləri isə yeddi qarşılıqlı səfər həyata keçiriblər.











































