Qazi Taleh Camalova yeni ev tikildi - VİDEO

Qazi Taleh Camalova yeni ev tikildi - VİDEO
SOSİAL
16:40 09.01.2024
128
Bloger Elçin Lənbəranskinin təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsi iştirakçısı, qazi Taleh Camalov üçün tikilən evin açılış mərasimi olub.

AZXEBER.COM xəbər verir ki, açılışda deputatlar Adil Əliyev, Vüqar İskəndərov, Razi Nurullayev və Fatma Yıldırımla yanaşı, sənət adamları da iştirak ediblər.

Qazi Taleh Camalov yaşadığı sevinc hisslərini AZXEBER.COM-la bölüşüb.

Görüşdən sonra dövlət rəsmiləri qazi üçün tikilmiş 3 otaqlı mənzillə yaxından tanış olublar.

Xatırladaq ki, qazi Taleh Musa oğlu Camalov döyüşdə göstərdiyi şücaətə görə, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” və "Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib.
 

OXŞAR XƏBƏRLƏR