Qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO

Qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
SOSİAL
12:49 22.01.2021
373

21 yanvar 2021-ci il tarixində "Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən "Böyük Qayğı” proqramının onlayn təqdimatı keçirilib. 

AZXEBER.COM xəbər verir ki, proqramın əsas məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə edərək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıdaraq, gənclərin Vətən üçün döyüşən insanlara rəğbətini əməldə göstərməkdir. Belə ki, seçilmiş şəhər və rayonlar üzrə formalaşdırılacaq mobil könüllü qrupları gündəlik əsaslarla qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə yardımçı olacaqlar. Həmçinin xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlər təşkil ediləcək. 

Proqrama cəlb edilən bütün könüllülər sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak edəcək və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin ediləcəklər. 

Təqdimatda Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, "Böyük Qayıdış” Gənclər Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri, qazilər və 200-dən artıq gənc iştirak etmişdir. Çıxış edənlər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tarixi qələbəsi, həmçinin dövlət başçısının tapşırığı əsasında müxtəlif dövlət qurumları tərəfindən Vətən müharibəsi iştirakçılarının dəstəklənməsi tədbirlərindən danışdılar. Bu xüsusda, gənclər tərəfindən qazilərimizə birbaşa sosial xidmət göstərmək imkanı yaradan "Böyük Qayğı” proqramına dəstək ifadə olundu. 

Tədbirdə gənclərlə interaktiv müzakirələr təşkil olundu və proqramda iştirakla bağlı müraciətlər qeydiyyata alındı. 

"Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, dövlət və cəmiyyət arasında körpü, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir. Təşkilat fəaliyyətində müvafiq dövlət qurumları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, KİV-lər və özəl qurumlar, eyni zamanda müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı nəzərdə tutub. 

"Böyük Qayğı” Proqramına qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər boyukqayidish.az saytı və İctimai Birliyin sosial media hesabları vasitəsilə əlaqə yarada bilərlər.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO