Qazın qiyməti qalxır

Qazın qiyməti qalxır
Bütün Xəbərlər
15:37 03.02.2015
3158

Martın 1-də SOCAR Georgia şirkəti çörəkbişirmə kombinatları istisna olmaqla bütün kommersiya şirkətləri üçün təbii qazın qiymətini 15 tetri artıracaq.

Oxu.Azxəbər verir ki, bu barədə SOCAR Georgia özü məlumat yayıb.

Məlumatda deyilir ki, buna səbəb Gürcüstan milli valyutası - larinin kursunun aşağı düşməsi olub.

Martın 1-dən bütün kommersiya şirkətləri (çörəkbişirmə şirkətləri istisna olmaqla) istifadə etdikləri təbii qazın 1 kubmetri üçün ƏDV də daxil olmaqla 90 tetri ödəyəcəklər. Bu gün isə şirkətlər işlətdikləri qazın 1 kubmetri üçün 75 tetri ödəyirlər.

OXŞAR XƏBƏRLƏR