Misirdə marketdən qazlı su alan bir adam, şüşənin içinə baxdıqda şoka düşüb.
AZXEBER.COM-un məlumatına görə, Dar Əl Salam şəhərində yaşanan hadisədə, Məhəmməd Murad adlı bir şəxs şüşənin içində 15 sm uzunluğunda bir ilan olduğunu görüb. Murad şüşəni açmadan vəziyyəti polisə bildirib. Aparılan araşdırmalar nəticəsində şüşənin heç açılmadığı aşkar olunub. Hətda şüşədəki ilanın ölü olduğu bildirlib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Ozal İbrahimli