Qəbələ iki avtomobil toqquşdu, sərnişin öldü

Qəbələ iki avtomobil toqquşdu, sərnişin öldü
Bütün Xəbərlər
14:01 12.02.2014
664
Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 11-də saat 09 radələrində Qəbələ rayonu Nohurqışlaq kəndinin ərazisində Vəndam qəsəbə sakini Cavid Ağayevin idarə etdiyi "VAZ-2103" və Şəki rayon sakini Dəyanət Hümmətovun idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub. C.Ağayevin sərnişini - həmyerlisi Səbuhi Hümmətov hadisə yerində ölüb. C.Ağayevin özünə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR