Qəbələdə sel: evlərə və maşınlara ziyan dəydi- VİDEO
Bütün Xəbərlər
16:22 24.07.2015
702
Qəbələdə güclü yağış bir neçə kəndə böyük ziyan vurub.AZXEBER.COM xəbər verir ki, xüsusilə Qəmərvan kəndində bəzi evlər və maşınlar sel suları altında qalıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində olub, vəziyyəti qiymətləndiriblər.Dağlardan gələn sel suları Tikanlı və Abrıx kəndinə gedən yolu sıradan çıxarıb. Nəticədə kəndin hər iki isdiqamətində hərəkət məhdudlaşıb. Kəndlə əlaqə kəsildiyindən sakinlər çayı piyada keçmək məcburiyyətində qalıblar. Hələlik iki kəndlə rayonu birləşdirən yol yararsiz vəziyyətdədir.Sakinlərin sözlərinə görə, hadisə nəticəsində bəzi yaşayış evlərinə, avtomobillərə, fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Kənd sakinləri Qəmərvan çayının üzərində olan körpünün tezliklə düzəlməyinə və iki kəndlə rayon mərkəzini birləşdirən yolun bərpa olunacağına ümid edirlər. (Region TV - Kanal S)