AZXEBER.COM AzərTAc-a istinadən bildirir ki, sərəncamla Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.