Ali məktəblərə yerləşdimənin nəticələri bu gün açıqlanacaq
Ali məktəblərə yerləşdimənin nəticələri bu gün açıqlanacaq. AZXEBER.COM-un Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, abituriyentlər bu il ilk dəfə olaraq yerləşdirmənin nəticələrinin elan olunması ilə bağlı məlumatları TQDK-nın Facebook səhifəsindən öyrənə biləcəklər. Xatırladaq ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2013/2014-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 16-da saat 11:00-da başa çatıb.