Qəddafinin devrilməsi Bakıda da qeyd edildi

Qəddafinin devrilməsi Bakıda da qeyd edildi
Bütün Xəbərlər
20:41 24.08.2011
1855

Liviyanın Azərbaycandakı səfirliyində bu gün Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb. AZXEBER.COM-un məlumatına görə, bayrağın qaldırılması səfirliyin əməkdaşları tərəfindən həyata keçirilib. Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzaləni bildirib ki, biz bu gün Liviyanın bayramını, Liviya inqilabçılarının qələbəsini qeyd edirik. Bu isə o deməkdir ki, səfirlik Liviyanın Milli Keçid Şurasını tanıyır və diktator Qəddafiyə artıq tabe deyil: "İnanırıq ki, yaxın zamanlarda Azərbaycan da Liviyanın Milli Keçid Şurasını tanıyacaq", - deyə Qəzalə bildirib.

OXŞAR XƏBƏRLƏR