Qəddafinin oğlu: "Atam Tripolidədir"

Qəddafinin oğlu: "Atam Tripolidədir"
Bütün Xəbərlər
13:17 23.08.2011
1280

Liviya diktatoru Müəmmar Qəddafinin oğlu Seyf əl İslam nə üsyançıların əlindədir, nə də onu əsir götürüblər. BBC-nin müxbiri Tripolidən məlumat verib ki, Seyf əl İslam zirehli avtomobildə əcnəbi jurnalistlərin qaldığı mehmanxanaya gəlib və yaranmış vəziyyətlə bağlı onlara açıqlama verib. 

Metyu Prays deyib ki, müxbirlərdən biri Seyf əl İslamdan atasının Tripolidə olub-olmadığını soruşub. O isə cavabında “əlbəttə atam buradadır”, deyə bildirib: “Müəmmar Qəddafi hazırda Tripolidədir və təhlükəsiz yerdədir”.  Onun sözlərinə görə, əsas güc artıq Qəddafinin tərəfindədir: “Biz üsyançıların onurğa sütununu qıra bildik. Bu, tələ idi. Onların həyatını daha da ağırlaşdırdıq, ona görə də qalib gəlirik”.  "Biz buradayıq! Bu bizim ölkədir. Bu bizim xalqımızdır və biz burada yaşayırıq. Biz qalib gələcəyik, çünki xalq bizimlədir". Bu sözləri Liviya rəhbəri Müəmmar Qəddafinin kiçik oğlu Seyf əl İslam BBC-yə müsahibəsində bildirib.  Qeyd edək ki, Qəddafinin dəqiq harada olduğu bu vaxtadək hələ də məlum deyil. Onun Bab-əl-Əzizə malikanəsini Qəddafiyə sadiq qüvvələr mühafizə edir.  Adı çəkilməyən diplomatlardan birinin ehtimallarına görə, Qəddafi məhz bu malikanədə ola bilər. Artıq bir neçə aydır ki, Qəddafi ictimaiyyət arasında görünmür, lakin dəfələrlə dövlət KİV-də canlı yayımda bəyanatlarla çıxış edib.  Bazar günü yayımlanan sonuncu bəyanatında Qəddafi Tripoli əhalisini şəhəri üsyançılardan xilas etməyə səsləmişdi.  BBC-nin müxbiri yazıb ki, ölkəyə kimin nəzarət etməsini aydınlaşdırmaq mümkün deyil. Şənbə günündən etibarən şəhərin bir sıra rayonları müxalifətin nəzarətindədir, lakin bununla belə küçələrdə Qəddafinin də qoşunlarının hərəkət etdiyini görmək mümkündür. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib