Qəddafinin oğlunun görüntüləri yayıldı

Qəddafinin oğlunun görüntüləri yayıldı
Bütün Xəbərlər
11:19 28.09.2011
1254

Liviyanın devrilmiş lideri Müammər Qəddafinin oğlu “İnterpol” tərəfindən ən çox axtarılan Seyf əl-İslam yerli telekanalın efirində görünüb. “Reuters”in məlumatına görə, nümayiş etdirilən videoçarxın sentyabrın 20-də çəkildiyi bildiridir. ArRai TV telekanalı ilə göstərilən kadrların həqiqiliyi müəyyən edilməyib. Hərbi forma geyinən və əlindəki avtomatı yellləyən şəxs Seyf əl-İslam kimi təqdim edilir. O, tərəfdarlarını Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çağırır. Çəkilişin harada aparıldığı məlum deyil. Müammər Qəddafinin oğlu Tripoli müxalifətçilər tərəfindən ələ keçirildikdən sonra ictimaiyyət qarşısına çıxmayıb. İyunda Beynəlxalq Cinayət Məhkəməsi Müammər Qəddafi, oğlu Seyf əl-İslam və Liviyanın kəşfiyyat xidmətinin rəhbəri Abdulla əs-Senussinin həbsinə order verib. Sentyabrın əvvəllərində İnterpol onları qırmızı bületenlə axtarışa verib.

OXŞAR XƏBƏRLƏR