Qəddafinin yeri tapıldı

Qəddafinin yeri tapıldı
Bütün Xəbərlər
15:12 03.09.2011
1892

2Liviya diktatoru Müəmmar Qəddafinin gizləndiyi yer məlum olub. Sky News telekanalı naməlum mənbələrə istinadən xəbər verib ki, Liviya Milli Keçid Şurası M. Qəddafinin yerini tapıb. Kanalın verdiyi məlumata görə, Qəddafinin yeri yaxın vaxtlarda məlum olacaq. Hələlik heç bir dəqiq məlumat verilmir. Xatırladaq ki, Qəddafinin paytaxt Tripolidəki iqamətgahı üsyançılar tərəfindən avqustun sonlarında ələ keçirilib. Bundan sonra isə qiyamçlar şəhərə daxil olmuşdular. Qeyd edək ki, "Reuters" məlumat verir ki, Qəddafinin kiçik oğlu Sefy əl İslam paytaxtın rayonlarında yaşayan tayfaların liderləri ilə görüşlər keçirdiklərini bildirib. Onun sözlərinə görə, yaxın vaxtda Qəddafi və tərəfdaşları paytaxtı almağa hazırlaşır.

//Ans Press

OXŞAR XƏBƏRLƏR