Qəhrəmanlar unudulmur! - Baxşeyiş Paşayev

Qəhrəmanlar unudulmur! - Baxşeyiş Paşayev
Bütün Xəbərlər
17:10 30.04.2012
2020

QAT-dan AZXEBER.COM-a verilən məlumata görə, 1 may Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevin doğum günüdür.

 Baxşeyiş Xanəhməd oğlu Paşayev 1936-cı il mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. O, “Qarabağ müdafiə şahinləri” dəstəsinin sıralarında müharibənin ilk günlərindən döyüşə atılmış, Xramort, Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad döyüşlərində qəhrəmanlıq göstərmişdir. Şuşakənd ərazisində ermənilərin döyüş nöqtələrinin məhv edilməsi, Xocalı faciəsi zamanı əhalinin çıxarılmasında xüsusi fədakarlıq nümayiş etdirmişdir. O, döyüşçülər arasında “ağsaqqal” adı ilə tanınır, mahir atıcı və gözəl kəşfiyyatçı idi. 1992-ci il iyulun 12-də düşmənin Xanabad kəndinə hücumunun qarşısı alınır və Baxşeyiş Paşayevin dəstəsi əkshücuma keçərək ermənilərin 7 postunu ələ keçirir, lakin özü də qəhrəmanlıqla həlak olur. Ağdam rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

OXŞAR XƏBƏRLƏR