Qəhrəmanlar unudulmur!- Rəfael Həbibov

Qəhrəmanlar unudulmur!- Rəfael Həbibov
Bütün Xəbərlər
14:51 19.04.2012
1470

QAT-ın mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, 20 aprel Azərbaycanın Milli Qəhrəmanı Rəfael Həbibovun doğum günüdür. Rəfael Hacı Şərafət oğlu Həbibov 1964-cü aprelin 20-də Şirvan şəhərində anadan olmuşdur.

 Leytenant Rəfael Həbibov Əfqanıstanda döyüş yolu keçib, 1992-ci ildə Milli Ordunun sıralarına daxil olub, Qarabağın Təzəkənd, Narışlar, Zod, Ala Qaya, Çərəkdar, Ağdaban, Çapar kəndləri uğrunda döyüşlərdə rəşadətlə vuruşmuş, Kəlbəcər döyüşündə düşmənin bir zirehli maşınını heyəti ilə birlikdə məhv etmişdir. 1992-ci il iyulun 7-də Kəlbəcər yaxınlığında döyüşdə qəhrəmanlıqla həlak olmuşdur. Şirvan şəhər qəbirstanlığında dəfn edilimişdir. Oxuduğu 14 saylı məktəb onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulmuşdur.

OXŞAR XƏBƏRLƏR