AZXEBER.COM-un məlumatına görə, 23 mart Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin doğum günüdür.
Viktor Vasili oğlu Seryogin 1944-cü il martın 23-də Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. O, vertolyot heyəti tərkibində Qarabağ müharibəsində iştirak etmiş, əhalinin təhlükəli zonadan çıxarılmasında xüsusi fədakarlıq göstərmişdir. Vertolyot komandiri kimi Ağdam, Şuşa, Ağdərə rayonlarında döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 1992-ci il yanvarın 28-də onun vertolyotu düşmən tərəfindən vurulur, o, alova bürünmüş vertolyotu Şuşa üzərindən uzaqlaşdırır, özü isə heyət üzvləri ilə birlikdə həlak olur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.