xari

Qənirə Paşayeva Ağakişi Kazımovu evində ziyarət etdi

MƏDƏNİYYƏT
12:22 08.02.2021
607
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Respublikasının Xalq artisti, professor Ağakişi Kazımovu evində ziyarət edib, sağlıq durumu, müalicəsinin gedişatı ilə maraqlanıb.

AZXEBER.COM xəbər verir ki, xalq artisti bir ildən artıqdır səhhətində yaranmış problemlərlə bağlı ardıcıl müalicələr alır.

Ağakişi Kazımovu özünəməxsus ənənələri olan Azərbaycan teatr rejissorluğu məktəbinin mogikanı, duayeni adlandıran Q.Paşayeva onunla ürək sözlərini bölüşüb: "Siz görkəmli teatr rejissoru, aktyor, elm və incəsənət xadimi olaraq məhsuldar və çoxşaxəli yaradıcılıq yolu keçmisiz. Ötən ilin payızında Sizin 85 yaşınız tamam olub. Pandemiya məhdudiyyətləri səbəbi ilə yubiley mərasimləri keçirilməsə də, Sizin adınız, yaradıcılığınız həmişə xalqımız, dövlətimiz üçün əzizdir. Sizə möhkəm can sağlığı diləyirik!

Siz bir sıra teatrlarımızın direktoru, baş rejissoru və bir sənətkar olaraq məhsuldar yaradıcılıq yolu keçmisiz. Sizin quruluşlarınız monumental səhnə həlli, milli ənənəyə sadiqliklə səciyyələnir; müxtəlif janrlı tamaşalarınız Sizin yaradıcılığınızın estetik mahiyyətini təcəssüm etdirir. 

Sizə Mədəniyyət Komitəsinin hörmət və ehtiramını çatdırır, tezliklə sağalmağınızı arzu edirik. Biz də gücümüzün çatdığı qədər yanınızdayıq".

Ağakişi Kazımov və sənətkarın həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva Komitə sədrinə ziyarət üçün təşəkkür edib.

OXŞAR XƏBƏRLƏR