Qənirə Paşayeva aztəminatlı ailələrlə bağlı çağırış etdi

Qənirə Paşayeva aztəminatlı ailələrlə bağlı çağırış etdi
SOSİAL
22:22 05.08.2020
1157
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə Tovuz istiqamətində baş verən hadisələr barədə danışıb və aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasına çağırıb.
 
AZXEBER.COM xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında "Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.
 
Qənirə Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub: "Tovuz rayonu istiqamətində iyul ayında işğalçı Ermənistanın hücumları, təxribatları və dövlətimizin verdiyi layiqli cavab barədə fikirlərimi söyləmək istəyirəm. Sözlərimə Ali Baş Komandanımıza təşəkkürlə başlamaq istəyirəm. Çünki Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı Ermənistan öz layiqli cavabını aldı. Eyni zamanda birinci vitse prezidentimiz Mehriban xanıma da təşəkkür etmək istəyirəm. Çünki bu günlər ərzində rayondakı insanlarımızın vəziyyəti daima diqqət altında saxlanıldı və təbii ki, bu da çox yüksək qiymətləndirilməlidir.
 
Hörmətli Sahibə xanım başda olmaqla parlamentimizə də təşəkkür edirəm. Çünki siz də daima vəziyyətlə maraqlanırdınız. Millət vəkili həmkarlarımız gəlib Tovuzda oldular. Bu da insanlarımız arasında yüksək qiymətləndirildi. Ölkəmizdə və ölkə hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılara təşəkkür edirəm ki, bu çətin məqamlarda daima dövlətimizin yanında oldular, Ali Baş Komandanımızın ətrafında birləşdilər.
 
Qəhrəman şəhidlərimizin, onların ailələrinin qarşısında baş əyirik. Yaralı hərbiçilərimizə, əsgərlərimizə Allahdan şəfa diləyirik və inanırıq ki, müalicələrini yüksək səviyyədə başa çatdırıb ailələrinin yanına qayıdacaqlar. Cənab Prezidentimiz Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın mülki əhaliyə, onların evlərinə, əmlaklarına vurduqları zərərlərin aradan qaldırılması istiqamətində sərəncam imzaladı. Həmin istiqamətdə işlər sürətlə davam etdirilir ki, bu da ön cəbhədə insanlarımız arasında yüksək dəyərləndirilir. Ön cəbhə kəndlərində yaşayan insanlarımızın da qarşısında baş əyirik. Ən çətin zamanlarda belə onlar öz evlərini tərk etmədilər, Ali Baş Komandanımıza, ordumuza inanırıq deyərək düşmənə layiqli cavab verdilər.”

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda əhalinin su probleminin aradan qaldırılması istiqamətində Zəyəmçay su anbarının tikilməsinə dair sərəncamla bağlı cənab Prezidentə təşəkkürünü bildirib. Millət vəkili deyib ki, cənab Prezidentin sərəncamı ilə yeni tikiləcək su anbarları arasında Zəyəmçay su anbarı da var ki, bu layihə Tovuz, Şəmkir rayonlarında kənd təsərrüfatı ilə məşğul olan insanlarımız üçün çox önəmlidir.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müzakirə olunan layihə ilə bağlı təkliflərini də səsləndirib: "Sözügedən layihədə bəzi qruplara diqqət etmək lazımdır. Mən də kənd rayonunu təmsil edən millət vəkili olaraq deyə bilərəm ki, pay torpağı olan insanların məşğul sayılması yanaşmasına təkrar baxmalıyıq. Əgər bir insanın 10 sot torpaq sahəsi varsa onun 1 hektar torpaq sahəsinə malik insanla eyni statusda məşğul sayılması məsələsi doğru yanaşma deyil.
 
Mən düşünürəm ki, az pay torpağına sahib insanlarımıza qarşı yanaşmanın dəyişməsinə ehtiyac var ki, onlar digər proqramlardan yararlana bilsinlər. İkinci bir kateqoriya həyat yoldaşını itirmiş, dağılmış ailələrdəki xanımlarımızdır.
 
Bu gün ən ciddi problemlərimizdən biri həmin qadınların alimentlə bağlı üzləşdiyi problemlərdir. Özünüməşğulluq proqramlarında həmin qadınların məsələsinə daha da çox diqqət yetirmək lazımdır. Son olaraq seçicilərin adından demək istəyirəm ki, iyul-avqust ayı üçün də 190 manatın verilməsi çox vacibdir.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi