Qənirə Paşayeva bir qrup görmə imkanları məhdud yaradıcı gənclə görüşdü - FOTOLAR

MƏDƏNİYYƏT
19:33 07.12.2021
258
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 3 dekabr – Beynəlxalq Əlillər Günündə bir qrup görmə imkanları məhdud yaradıcı gənclə görüşüb.

AZXEBER.COM xəbər verir ki, dövlətimizin, şəxsən cənab Prezidentin və hörmətli Birinci vitse-prezidentin sosial dəstəyə ehtiyacı olan vətəndaşların, o cümlədən görmə imkanları məhdud gənclərin problemlərinə daim həssaslıqla yanaşmasından danışan Q.Paşayeva, bu həssaslığı hər bir məmur, millət vəkili, işadamı, ümumən cəmiyyət üçün örnək adlandırıb.

Görmə imkanları məhdud yaradıcı gənclərlə onların yaşadığı yataqxanadakı görüşünü xatırladan Komitə sədri, xeyirxah insanların da dəstəyi ilə alınmış, xüsusi proqramlaşdırılmış və uyğun şəkildə tasarlanmış bilgisayar və telefonları onlara təqdim edərək, bundan sonra  yaradıcılıqla, mütaliə ilə daha rahat şəkildə məşğul ola biləcəklərini söyləyib.

Azərbaycan Milli Xalça Muzeyində baş tutan görüşdə Millət vəkili Məşhur Məmmədov, Millət vəkili Elnur Allahverdiyevin köməkçisi Rüstəm Qaraxanlı, Əlil təşkilatları İttifaqının sədri Davud Rəhimov, Korlar Cəmiyyətinin sədri Səmiyar Abdullayev, RHİM İB sədri Arzu Bağırova, "NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR