Qənirə Paşayeva BMT-də Ermənistanı ifşa etdi

Qənirə Paşayeva BMT-də Ermənistanı ifşa etdi
Bütün Xəbərlər
13:52 04.07.2012
1495
Milli Məclisin deputatı Qənirə Paşayeva BMT-də ECOSOC-un Yüksək Səviyyəli Toplantısı çərçivəsində BAMF-ın keçirdiyi “Dayanıqlı və əsaslı inkişaf istiqamətində işləyən donor və tərəfdaşların toplantısı” adlı tədbirdə çıxış edərək, Ermənistanın işğalçılıq siyasərindən danışıb, BMT-ni qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində səyləri və təzyiqləri artırmağa çağırıb.AZXEBER.COM-un məlumatına görə, o deyib ki, Azərbaycan 20 ildən çoxdur Ermənistan silahlı qüvvələri tərəfindən hərbi münaqişəyə cəlb olunub, hazırda ölkə ərazisinin 20 faizi işğal altındadır. 1988-ci ildə Ermənistan rəhbərliyi etnik təmizləmə siyasəti apararaq 300 min azərbaycanlını öz yürd-yuvasından, tarixi vətənindən, ev-eşiyindən zorla, əzab-əziyyətlə qovdu. Bu gün Ermənistanda bir nəfər belə azərbaycanlı yaşamır.
OXŞAR XƏBƏRLƏR