Qənirə Paşayeva BMT-nin toplantısında

Qənirə Paşayeva BMT-nin toplantısında
Bütün Xəbərlər
10:07 03.07.2012
1107
Qənirə Paşayeva BMT-nin İqtisadi Sosial Şurasının – ECOSOC-un Yüksək Səviyyəli Toplantısında iştirak edib.
AZXEBER/COM-un məlumatına görə, millət vəkili , Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu BMT-nin İqtisadi Sosial Şurasının – ECOSOC-un Yüksək Səviyyəli Toplantısında iştirak ediblər.Qeyd edək ki, BMT-nin Baş Qərargahında keçirilən tədbirdə minilliyin məqsədlərinə nail olunması üçün kasıblığın aradan qaldırılması yolları araşdırılır. Toplantının açılış mərasimində çıxış edən BMT-nin baş katibi Ban Ki Mun, BMT Baş Assambleyasının rəhbəri Nassir Abdulaziz Al-Nasser və ECOSOC-un prezidenti Miloş Koterec bu sahədə üzv ölkələrin və təşkilatın üzərinə düşən vəzifələr, bu istiqamətdə dünyada vəziyyət, görülən işlər, həllini gözləyən problemlər, bu istiqamətdə hədəf və məqsədlər barədə danışıblar. BMT-nin İqtisadi Sosial Şurasının – ECOSOC-un Yüksək Səviyyəli Toplantısında bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində bacarıqların və faydalı işlərin dəstəklənməsinə diqqət yönəldilib.Toplantıda xarici ölkələrin BMT-dəki nümayəndələri, beynəlxalq təşkilatların və donorların nümayəndələri iştirak edirlər. Toplantıda iştirak edən Qənirə Paşayeva və Umud Rəhimoğlu tədbir çərçivəsində təşkilatın bir sıra rəsmi şəxsləri, toplantıda iştirak edən müxtəlif ölkələrin nümayəndə heyəti üzvləri ilə görüşlər keçirib və Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib, müzakirələr aparıblar.Bu gün Azərbaycan vaxtı ilə saat 19.00 da isə millət vəkili ECOSOC-un Yüksək Səviyyəli Toplantısı çərçivəsində “2015-ci ilə kimi Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan dövlətinin vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyəti” mövzusunda çıxış edəcək. ECOSOC-un Yüksək Səviyyəli Toplantısı çərçivəsində qurumun xüsusi məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək toplantıda millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Nazirlər Komitəsinin nümayəndəsi çıxış edəcək.
OXŞAR XƏBƏRLƏR