Qənirə Paşayeva: 'Bu adamların görəsən anası, bacısı yox idimi?' - STATUS

Qənirə Paşayeva:
Bütün Xəbərlər
12:20 30.04.2012
3026
Millət vəkili Qənirə Paşayeva QİÇS xəstləyindən əziyyət çəkən, istintaqa ifadəsində 200 kişini QİÇS-ə yoluxdurduğunu söyləyən və bu günlərdə vəfat edən Elnurə Əhmədova ilə bağlı öz “Facebook” hesabında olduqca təsirli status paylaşıb.AZXEBER.COM millət vəkilinin fikirlərini olduğu kimi təqdim edir:“Bütün gecə yata bilməmişəm, ağlamışam. Öz-özümə bağışla bizi Elnurə, bağışla demişəm. Biz hamımız cəmiyyət olaraq sənin faciəndə, ölümündə günahkarıq. Çünki sənə sahib çıxmadı toplum. Sən də hər bir cocuq kimi məsum, tərtəmiz doğulmuşdun. Səni çirklətdilər, o qədər incitdilər ki, insanları sevməməyə başladın. Deyə bilərlər ki, Qənirə xanım bir fahişənin ölümünəmi görəmi ağladınız bütün gecə? Mən həm ona, həm də bizə ağladım. Onu uşaq evinə salan atanı, ananı, övlad qədrini bilməyən valideynlərini düşündüm… İlahi dedim görəsən bu adamlar bilirlərmi ki, insanlar var bir övladının olması üçün nələr qurban verməyə hazırdırlar. Sonra o uşaq evini düşündüm. Demək ona yaxşı sahib çıxa bilməmişdilər. Sonra, sonra kiçik yaşlı 12-13 yaşlı bir qıza, bir körpəyə ilk toxunan o kişiyi, o alçağı düşündüm. İnsan bu cür alçaqlarla bir toplumda yaşadığına belə utanır. Elnurə öldü. Amma o bəlkə də bizim aramızda rahat gəzib hələ bir namus, qeyrətdən də danışır. Bu cür insanlara nifrət edirəm. Həyatda mənə ən böyük pislik etmiş insana belə acımasız davrana bilmirəm. Amma belə alçaqlara qarşı ən acımasız münasibəti göstərməyə inanın ki, hazıram. Çünki o bəlkə belə davranmasaydı, körpə bir qıza toxunub onu fahişəliyə itməsəydi tam tərsi ona bir qardaş, bir ata, bir qohum ən azı bir insan kimi sahib çıxıb kömək etmək istəsəydi, Elnurənin həyatı belə olmazdı… Sonra kiçik yaşlı bir qızın fahişəliklə məşğul olduğunu görüb onunla əlaqədə olan kişiləri düşündüm. İlahi dedim bu adamların görəsən anası, bacısı, qızı yox idimi?Niyə bu adamlar onun çarəsizliyindən, imkansızlığından, pis yola düşməsindən faydalanıb, istifadə edib. Niyə o adamlardan biri onu ilk başlanğıclarda bu yoldan xilas etməyi düşünməyib. Allahdan, Qeyrətdən, Namusdan o qədər çox danışırıq ki… Elnurə öldü… Görəsən o adamların vicdanı ən azı sızlayırmı, əzab çəkirlərmi… İnanmıram… Sonra özüm də qarışıq bütün toplumu yarğıladım. Bilirsinizmi, biz də günahkarıq. Heç kəs yaxasını kənara çəkməsin. Əgər toplumumuzda belə faciələr yaşanırsa biz hamımız hardasa günahkarıq. Demək ki, biz də sahib çıxa bilməmişdik ki, kiçik yaşlı bir qız belə faciələr yaşamağa məhkum olmuşdu. Amma bu qızla bağlı televiziyalarda hər gün məlumatlar gedəndə toplumda daha çox insanlar onu yarğılayırdı, ona kabus kimi baxırdı, çoxları qınayırdı, yarğılayırdı… Allah eşqinə bir az da anlayın, acıyın, ağrıyın, düşünün… Bəlkə bizim də günahımız var deyə… Kömək etməyə çalışın…
OXŞAR XƏBƏRLƏR