Qənirə Paşayeva Cəlilli kəndində seçicilərlə görüşüb - FOTOLAR

SOSİAL
23:43 18.01.2020
5427
105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri addım-addım gəzməyə davam edir.
 
AZXEBER.СOM xəbər verir ki, o, bu gün Cəlilli kəndini ziyarət edib və seçicilərlə görüşüb. Qənirə Paşayeva görüş zamanı ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində tovuzluları Milli Məclisdə layiqincə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb.

Qənirə Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq: "Namizədliyimi yenidən irəli sürməkdə məqsədim budur".

"Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım” - deyən Q.Paşayeva vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da hər birimiz əlimizdən gələni etməlidir. Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və ümumiyyətlə Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin sürətlənəcəyini deyib.

Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb. Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 9 fevral tarixində seçkilərində fəal olmasının vacibliyini deyən Qənirə Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.

Millət vəkili həmçinin, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud insanların ailəsini də ziyarət edib, qayğıları ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

Cəlilli seçiciləri Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər, onun 14 illik millət vəkili fəaliyyəti dövründə tovuzluların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyiblər: "Siz hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz”.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:55 23.09.2020

Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib

17:32 23.09.2020

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda - FOTOLAR

17:27 23.09.2020

“Prezident beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi” - Deputat

17:24 23.09.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ

17:14 23.09.2020

Rasim Quliyev: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan - VİDEO

17:13 23.09.2020

Canlı yayıma zəng edib, Minanı biabır etdi: "Bu nə geyimdi, bu nə oturuşdu?" - VİDEO

17:03 23.09.2020

Azərbaycanda kişi keçmiş arvadını mağazada belə bıçaqladı - ANBAAN VİDEO

16:54 23.09.2020

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi

16:54 23.09.2020

Milli Məclis Qüdrət Həsənquliyevi məsuliyyətə cəlb edə bilər

16:51 23.09.2020

Cimerlik.az saytı fəaliyyətini dayandırdı

16:29 23.09.2020

Prezidentin vətəndaşlarla səmimi görüşü: "İlham baba" - VİDEO

16:25 23.09.2020

Ramin Bayramlı danışdı: "Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür"

16:13 23.09.2020

Hikmət Hacıyev: "Terrorçuların Qarabağa gətirilməsi kanalları üzərində iş aparılır"

16:13 23.09.2020

Zərdab rayonunda küçələrdən birinə şəhid hakimin adı verildi

15:53 23.09.2020

Bakıdan Ankara və Antalyaya xüsusi reyslər həyata keçiriləcək

15:41 23.09.2020

Ərinin dostuna qoşulub qaçan gəlin tapıldı

X Mostbet