Millət vəkili Qənirə Paşayeva parlamentin dekabrın 3-də keçirilən plenar iclasında əlillərlə bağlı növbəti dəfə məsələ qaldırıb.
Millət vəkili çıxışında birinci qrup əlillərin müavinətlərinin yaşayış minimumu ilə uyğunlaşdırılması və onların matorlu əlil arabaları ilə təmin olunması məsələsinin vacibliyini qeyd edib.AZXEBER.COM-un verdiyi xəbərə görə,Q.Paşayevaçıxışı zamanı bildirib ki, əlillərin, xüsusilə, əmək qabiliyyəti olmayan birinci qrup əlillərin müavinətləri cəmi 67 manat təşkil edir ki, bu da yaşayış minimumu ilə müqayisədə xeyli aşağıdır:“Ona görə, birinci qrup əlillər, əlillərin hüquqları ilə məşğul olan şəxslər, təşkilatlar xahiş ediblər ki, əlillərin müavinətlərinin yaşayış minimumuna uyğunlaşdırılması məsələsi 2014-cü ilin dövlət büdcəsində öz əksini tapsınEyni zamanda, bu gün əlillərin əlil arabaları ilə təmin olunması istiqamətində xeyli müsbət addımlar var. Ancaq bir məsələ də var ki, əlillərin əlil arabalarında hərəkət etdirmək üçün başqa bir adamın köməkliyinə ehtiyac yaranır. Ona görə, yaxşı olardı ki, əlillərin matorlu əlil arabaları ilə təmin olunması məsələsi öz həllini tapsın. Bu, onların cəmiyyətə inteqrasiyası baxımından da çox müsbət addım olardı”.Bununla bağlı spiker Oqtay Əsədov qeyd edib ki, bu məsələyə gələn il hökumətin parlament qarşısında hesabatında baxmaq olar.