Qənirə Paşayeva Fransa millət vəkilləri ilə görüşdə evinə dönə bilməyən köçkünlərdən danışıb

Qənirə Paşayeva Fransa millət vəkilləri ilə görüşdə evinə dönə bilməyən köçkünlərdən danışıb
Bütün Xəbərlər
19:06 08.04.2015
886
Millət vəkili Qənirə Paşayeva Parisdə Fransa Parlamentinin deputatı, Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean-François Mancel ilə görüşüb. Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmunluqla vurğulanıb.
AZXEBER.COM xəbər verir ki, bu münasibətlərin inkişafında Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun rəhbəri, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rolu, onun Azərbaycan tarixi, mədəniyyəti və Dağlıq Qarabağ həqiqətlərinin Fransa ictimaiyyətinə daha geniş çatdırılması sahəsində gördüyü işlər xüsusi vurğulanıb. 
Görüş zamanı Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlər barədə də danışılıb.  Qənirə Paşayeva deyib ki, çox təssüf ki, bütün beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq 20 ildən artıqdır ki, 1 mliyon azərbaycanlı qaçqın və məcburi köçkün, yüzminlərlə qadın bu gün də öz evinə dönə bilmir və  bu çox ciddi bir problemdir. Harada baş verməsindən asılı olmayaraq insan haqlarının bu qədər kobud çəkildə tapdalanmasına imkan verilməməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə dönə bilmələri istiqamətində Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransadan Ermənistana təzyiq göstərməsini gözləyirlər. O, Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean-François Mancelə hər zaman Azərbaycana dəstək verdiyi və ədalətin yanında olduğu üçün təşəkkürünü bildirərək ona Azərbaycan həqiqətlərinə dair kitab və materialları da təqdim edib. 
Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini deyən Fransa Parlamentinin  deputatı Jean-François Mancel qeyri-hökumət təşkilatları, assosiasiyalar arasında əməkdaşlığın da daha da genişlənməsini vacib saydığını deyib və Azərbaycanın Fransada doğru şəkildə təqdim edən layihələrin, o cümlədən məcburi köçkünlərlə bağlı, Azərbaycanda tolerantlıq və qadın haqları sahəsində əldə edilən uğurlarla  bağlı daha geniş məlumatların çatdırılmasını nəzərdə tutan layihələrin daha da artmasının vacibliyini dilə gətirib. Azərbaycanın Fransadakı səfirliyi ilə, Azərbaycanla bu istiqamətdə işlərin bundan sonra daha da artacağını deyən  Jean-François Mancel bəzi layihələrlə bağlı düşüncələrini söyləyib və fikir mübadiləsi aparılıb. 
OXŞAR XƏBƏRLƏR