Qənirə Paşayeva haqda yanlış məlumat yayanları utandıracaq - VİDEO

Qənirə Paşayeva haqda yanlış məlumat yayanları utandıracaq - VİDEO
Bütün Xəbərlər
22:35 17.04.2013
5476

Millət vəkili Qənirə Paşayeva Türkiyədə erməni əsilli müğənni Hayko Tataryanla görüşməsinin və eməni sənətçinin onun əlindən öpməsinin Azərbaycanda bərmənalı qarşılanmamasından, medianın bu olaya fərqli prizmadan yanaşmasından təəssüflənərək, açıqlama verib.

Deputat həmin hadisənin mətbuatda şişirdilərək, təsvir edilməsindən təəssüfləndiyini vurğulayıb.

“Birincisi mən çox təəssüf edirəm ki, kimlərsə bu olayı doğru olmayan tərəfə çəkirlər. Ödül törənində Azərbaycanın media nümayəndələri də iştirak ediblər. Bu hadisə onların gözlərinin qarşısında baş verib. Erməni əsilli müğənni Hayko Tataryan mənə əl uzadanda dedim ki, tək əllə barışıq olmaz. Jurnalist Əli Kırca da orda idi.Əslində orada bizim gücümüz böyüklüyümüz göründü. O çıxışında dedi ki, “mən Qənirə xanımın ayağına gedib, onun əlini sıxmaq istəyirəm”. Biz orda nə etməli idik? O, özü də qeyd elədi ki, çox üzgündür bu olaylardan.Hesab edirəm ki, normal adamlar bunu bizim zəifliyimiz deyil, gücümüz kimi qəbul etməlidirlər”-deyə deputat bildirib.

Türkiyədə baş tutan görüşün mətbuatda olduğu kimi əks olunmadığını deyən Q.Paşayeva həmin hadisəylə bağlı əlində videogörüntünün olduğunu və görüntülərin tezliklə yayımlanacağını vurğulayıb:

“Bu tədbirin mətbuatda verilməsi pis hal deyil. Amma hesab edirəm ki, bunu olduğu kimi vermək lazımdır. Bu çıxışın videosu da bizim əlimizdədir. O videomaterialı biz yayacağıq. Bütün görüntülər hamısı orada əks olunur. Mən çox üzgünəm, xüsusilə Türkiyənin bəzi mətbuat orqanları bunu fərqli bir olay kimi verdilər. Sosial şəbəkələrdə, mətbuatda bunun gerçəkdən uzaq şəkildə verilməsini təəssüflə qarşılayıram.Çünki o əlini uzatdıqdan sonra hər kəsin duyması üçün mən səhnəyə çıxaraq bildirdim ki, “bizim millətimiz heç zaman ona uzanan əli geri çevirməz. Biz böyük millətin nümayəndəsiyik. Amma sizin uzatdığınız əllə, çox üzgünəm barış olmaz”. Qeyd etdim ki, bu barış üçün Ermənistan işğal etdiyi torpaqlarda çəkilməlidir. Bunun fərqli şəkildə yozulması isə təəssüfedicidir. Nə deyə bilərəm”.

Qeyd edək ki, Türkiyədə təşkil ounan “İlin Uluslararası Barış və Dostluk” ödül törənində iştirak edən azərbaycanlı deputat Qənirə Paşayeva çıxış edərək Ermənistanın işğalçılıq siyasətindən geniş söz açıb. Həmin mərasimdə iştirak edən erməni əsilli müğənni Hayko Tataryan Qənirə Paşayevanın əyləşdiyi masaya yaxınlaşaraq ona əl uzataraq deputatın əlində öpüb. Bu hadisə türk və Azərbaycan mətbuatında birmənaslı qarşılanmayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama