Qənirə Paşayeva: “İran rejimi Azərbaycan türklərinə qarşı diskriminasiya siyasətini davam etdirməkdədir”
Bütün Xəbərlər
22:48 07.09.2011
1764
"Çox təəssüflər olsun ki, bu gün İran rejimi bu ölkənin əhalisinin təxminən yarısını təşkil edən və öz tarixi ata-baba yurdunda yaşayan Azərbaycan türklərinə qarşı diskriminasiya siyasətini davam etdirməkdədir" Bunu açıqlamasında bitərəf millət vəkili Qənirə Paşayeva dilə gətirib. Onun dediyinə görə, bu ölkədə fars-molla rejiminin günahı və ədalətsizliyi ucbatından Azərbaycan türkləri heç bir ciddi fundamental haqlarını əldə edə bilmirlər. Millət vəkili qeyd edib ki, İranda azərbaycanlıların milli haqları tapdalanır, onlar öz doğma ana dilində təhsil ala bilmirlər. “Mənə dünyanın elə bir nöqtəsini göstərin ki, orada əhalinin yarısı bir millətin nümayəndəsi olsun, amma onlar öz ana dilində təhsil ala bilməsinlər? Amma dünyada bu gün belə bir örnək yoxdur və tapa da bilməzlər” - deyə, millət vəkili bildirib. Q.Paşayeva bir daha təəssüf hissi ilə söyləyib ki, İran rejimi Güney Azərbaycan türklərinə öz ana dilində təhsil almaları, öz milli mədəniyyətlərini inkişaf etdirmələri üçün heç bir şərait yaratmır və yaratmaq niyyətində də görünmür. “Hətta, tez-tez belə xəbərlər də eşidirik ki, güneyli soydaşlarımıza bu tay Azərbaycandan öz toy məclislərinə müğənni, musiqiçilər dəvət etməyə problemlər yaradırlar. Hətta, buradan İrana öz qohumlarının, doğmalarının yanına gedən azərbaycanlıları öz evlərində saxladıqları üçün bəzi güneyli soydaşlarımıza ciddi problemlər yaşadırlar. Bütün bunlar bizi çox ciddi şəkildə narahat edir və etməlidir.