Qənirə Paşayeva İzmirdən çağırış etdi

Qənirə Paşayeva İzmirdən çağırış etdi
Bütün Xəbərlər
12:03 23.02.2012
1329

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar Türkiyənin İzmir şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu və Türk Dünyası İqtisadi Araşdırmalar Topluluğu tərəfindən Dokuz Eylül Universitetində təşkil edilən “Xocalı Qətliamı və sözdə erməni soyqırımı” adlı konfransda çıxış edib.

AZXEBER.COM-un millət vəkilinin rəsmi bloq səhfəsinə istinadən verdiyi xəbərə görə, konfransdan əvvəl Xocalı Soyqırımı ilə bağlı sərgiyə baxış olub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra konfrans Heydər Əliyev Fondunun Xocalı Soyqırımı ilə bağlı hazırladığı filmin nümayişi ilə başlayıb.

Konfransda iştirak edən millət vəkili Qənirə Paşayeva öz çıxışında Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğulayaraq bu soyqırımı edənlərin ədalət qarşısında hesab verməli olduqlarını bildirmiş və “Xocalı Soyqırımı sənin, mənim, onun, bunun problemi deyildir. Xocalı Soyqırımı bir Türk problemidir”- deyə əlavə etmişdi.

Millət vəkili Qənirə Paşayeva fevralın 26-da saat 14-də İstanbulun Taksim meydanında keçiriləcək mitinqə də toxunub. O, hər kəsİ “Hamımız Xocalılıyıq, Hamımımız Qarabağlıyıq” mitinqində iştirak etməyə cağırıb. Onlarla izmirli “biz də orda olacağıq”, – deyə bu çağırışa səs verib.

Konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cavanşir Vəliyev də çıxış edərək, Xocalı Soyqırımı barədə məlumat verib və Xocalı Soyqırımının bütün dünyanın diqqətinə çatdırılmasının və tanıdılmasının vacibliyini qeyd edib.

Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

Konfransda sonra millət vəkili Qənirə Paşayeva Türkiyənin tanınmış İHA Xocalı Soyqırımı, Ermənistanının işğalçılıq siyasəti barədə geniş müsahibə verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"