Qənirə Paşayeva: "Jurnalistikadan ayrılanda da heç nəyim yox idi"

Qənirə Paşayeva: "Jurnalistikadan ayrılanda da heç nəyim yox idi"
MEDİA
02:31 24.08.2011
2564
Millət vəkili Qənirə Paşayeva “İrəli” İctimai Birliyinin “Media Akademiyası” layihəsinin qonağı olub. AZXEBER.COM-un məlumatına görə, Q.Paşayeva “Media Akademiyası” üzvlərinin nəyə görə jurnalistika sahəsini seçdikləri ilə maraqlanıb. O bildirib ki, riski sevməyən insan jurnalistikada uğur qazana bilməz. “Mənim jurnalistikaya marağım kiçik yaşlarımdan olub. Məktəb illərində divar qəzetinin baş redaktoru olmuşam. Hələ o vaxtdan heç kimi dinləməmişəm, doğru bildiyim yolla irəliləmişəm. Səhvlərim mənə böyüməyə imkan verib”. Millət vəkilinin fikrincə, insan həyatda yalnız özünə inanıb, güvənməlidir. “Mənim həyat devizim budur: “xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur”. Bundan başqa, rahat həyatı sevənlər heç vaxt jurnalistikada uğur qazana bilməz. Belə insanlar jurnalistikadan çox tez gedirlər. Jurnalistika riski sevənlərin meydanıdır”. Qənirə Paşayeva jurnalistikadan tam uzaqlaşmadığını da tələbələrin diqqətinə çatdırıb. “Mən jurnalistikaya populyarlıq üçün gəlməmişdim. Jurnalistikadan ayrılanda da heç nəyim yox idi. İnsan riskdən qorxmamalıdır. Mənim həyat fəlsəfəm insanlara yararlı olmaqdır. Həm də mən jurnalistikadan uzaqlaşmamışam. Tez-tez mətbuatda yazılarım dərc olunur”. Qənirə Paşayeva millət vəkilləri ilə jurnalistlərin münasibətindən də danışıb. O bildirib ki, jurnalistlər millət vəkillərini yox, millət vəkilləri jurnalistləri axtarmalıdır. Sonda qonaq gələcəyin jurnalistlərinə uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan mətbuatının gənc jurnalistlərə, onların yaradıcı fikirlərinə ehtiyacı var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib