Qənirə Paşayeva Kayseridə Qarabağdan danışdı

Qənirə Paşayeva Kayseridə Qarabağdan danışdı
Bütün Xəbərlər
10:15 18.05.2013
876
Millət vəkili Qənirə Paşayeva Kayseri Valisi Orhan Düzgünlə görüşdə Qarabağdan, Şuşa və Laçından danışıb.AZXEBER.COM xəbər verir ki, Orhan Düzgünü Kayseri valisi təyin olunması münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva onun ölkələrimiz və Kayseri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlığın genişlənməsinə özünün müsbət töhvələrini verəcəyinə inandığını deyib. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Kayseri valisi təyin edilən Orhan Düzgünün bundan əvvəl valisi olduğu Ordu ilə olduğu kimi, Kayseri ilə də Azərbaycanın bölgələri arasında əməkdaşlığın genişləndirilməsi üçün əlindən gələni edəcəyinə inandığını deyib. O, Türk tarixində önəmli yeri olan Kayseri ilə Azərbaycan bölgələrindən birinin qardaşlaşmasının önəminin vurğulayaraq bu istiqamətdə vali Orhan Düzgünün də öz səylərini artıracağına inandığını deyib
OXŞAR XƏBƏRLƏR