Qənirə Paşayeva: Ömrümün sonuna qədər unuda bilməyəcəm bu vəhşiliyi

Qənirə Paşayeva: Ömrümün sonuna qədər unuda bilməyəcəm bu vəhşiliyi
Bütün Xəbərlər
04:19 31.05.2015
6107
“Allah heç bir ailəyə bir daha belə dəhşət yaşatmasın”.AZXEBER.COM-un məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Bakının Pirallahı qəsəbəsində zorlanaraq öldürülən 5 yaşlı qızın faciəsinə münasibət bildirərkən deyib.Millət vəkili ötən gün Pirallahıda Aişənin yas mərasimində olub və daha sonra hisslərini bu cür ifadə edib: “Ağır üzüntü və acı içərisində olan ailənin ağrısını bir az da olsa paylaşmaq istədik. Saatlarla anası Sevinc xanımı sakitləşdirmək mümkün olmadı. Özü xəstə, üstəlik bir neçə gün əvvəl üzərinə isti su tökülməsi nəticəsində ciddi yanıqları olan ananın ürəyinin yanğısı o biri ağrılarını belə unutdurmuşdu.”Onun sözlərinə görə, 5 yaşlı qızının belə dəhşətli faciəsindən belə bükülmüş atası Füzuli bəyin acısını isə sözlə ifadə etmək mümkün deyil. “İşdən gələndə qızım hər dəfə, ata, mənim şəklimi çək, deyərdi... Mən də telefona şəkillərini çəkərdim, indi baxa da bilmirəm. Sanki indi bir yerdən çıxıb yenə ata mənim şəklimi çək deyəcək kimi gəlir mənə. Bu nə dəhşətdir İlahi" deyə fəryad edən atanın üzüntüsü insanın ürəyini dağlayır.“Hələ Aişənin özündən böyük iki bacısının gözlərindəki qorxu, acı və dəhşəti demirəm. Balaca, mələk Aişəyə Allahdan rəhmət, ailəyə səbr dilədik. Bütün ailə, qohumlar və yasa gələn sakinlər hamısı bir belə dəhşətli cinayəti törətmiş qatilin layiq olduğu cəzanı almasını tələb edirdilər. Biz də tələb edirik. 5 yaşlı o uşağın nə vəziyyətə salınmış olduğunun videolarını qohumları mənə göstərdilər və yəqin ömrümün sonuna qədər unuda bilməyəcəm bu vəhşiliyi. Bunu ancaq bir manyak, bir vəhşi törədə bilər və belələri azadlıqda gəzə bilməz və gəzməməlidir”, – deyə Q.Paşayeva bildirib.Millət vəkili daha sonra dövlət qurumlarını bu ailəyə kömək etməyə çağırıb: “Pirallahıda ailələr baş verən hadisədən sonra öz uşaqları üçün sanki bir qorxu içindədirlər və bunu açıq şəkildə bildirirdilər. Bu çətinliklə yaşayan ailəyə hər kəs dəstək olmalıdır; həm mənəvi, həm də maddi. İnanıram ki, Səhiyyə Nazirliyi ciddi yanıqları olan ananın müalicəsini üzərinə götürəcək, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi illərlə əlillik almış xəstə ananın 1996-ci ildə səbəbsiz kəsilməsini araşdırıb yenidən əlillik müavinəti almasını təmin edəcək, rayon rəhbərliyi ailəyə bu yas günlərində ailəyə maddi və mənəvi dəstəyini əsirgəməyəcək və mən bu qurumları məhz buna çağırır və rəsmi müraciətlərimi də göndərdim bu gün.”“Bunlar o ailənin Aişə adlı ürək ağrısını, acısına dərman ola bilməyəcək, amma dərd, kədər paylaşmaqla azalır. Ümid edirəm ki, imkanlı ailələr və ziyalılarımız bu acılı günlərdə ailəyə dəstək olacaqlar. Amma bu dəhşətli faciə bizi ciddi düşündürməlidir. belə hadisələri törədənlər ən ağır cəzalara layiq görülməklə bərabər cəmiyyətdə maarifləndirməni də daha da artırmalıyıq. Aişənin böyüdülmüş şəklindən mənə baxan gözləri hələ də gözlərimin önündən getmir və yəqin uzun müddət də getməyəcək. O, ədalət istəməklə bağlı bir daha Aişələr belə qəddarlıqla ölməsin deyə sanki yalvarırdı bizə, hamımıza, topluma... O qədər ağır bir gün yaşadım ki, nə yazacağımı belə bilmirəm. İçimdə elə dəhşətli bir ağrı var ki... Ananın fəryadları isə hələ də qulaqlarımdan getmir. Allah bir daha Aişə balamıza rəhmət etsin, ailəyə bu böyük acıda səbr diləyirəm. Əziz valideynlər övladlarınıza ciddi diqqət edin. Çünki təssüf ki, cəmiyyətdə manyakların,qəddarların,insanlıq dəyərləri olmayanların sayı artır və bu bizi ciddi narahat etməlidir və addımlar atmalıyıq. Aişə balalarımızın bir daha belə acılarla ölməməsi, xəyallarının bitməməsi üçün...” – deyə Q.Paşayeva fikirlərini tamamlayıb.Qeyd edək ki, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb. Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb. Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib. 5 yaşlı uşaqğın zorlandığı məlum olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır