Qənirə Paşayeva şəhid və yaralı əsgərlərimizdən yazdı...

Qənirə Paşayeva şəhid və yaralı əsgərlərimizdən yazdı...
Bütün Xəbərlər
18:18 26.09.2015
1519
Millət vəkili Qənirə Paşayeva ön cəbhədə şəhid olmuş əsgərimiz Məmmədov Elşən Vaqif oğluna Allahdan rəhmət, ailəsinə səbr diləyib. Yaralanan 3 hərbi qulluqçumuza qısa zamanda tam sağalmağı arzulayıb:
"Ön cəbhədə Ermənistan silahlılarını təxribatlarının qarısını alarkən şəhid olmuş əsgər qardaşımız Məmmədov Elşən Vaqif oğluna Allahdan rəhmət, yaralanan 3 hərbi qulluqçumuza qısa zamanda tam sağalmağı diləyirik. Şəhidimizin ailəsinə səbr diləyirik.Nur içində yatsın.Müdafiə Nazirliyi bildirib ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaq.Məlumatda bildirilir ki, Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir."
OXŞAR XƏBƏRLƏR