Qənirə Paşayeva Tovuzda ali məktəblərə daxil olan gənclərlə görüşdü

Qənirə Paşayeva Tovuzda ali məktəblərə daxil olan gənclərlə görüşdü
SOSİAL
22:55 26.08.2018
4885
Millət vəkili Qənirə Paşayeva Tovuzda ali məktəblərə daxil olan gənclərlə görüşüb,onları təbrik edib və çağırış edib.

Tovuzda bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib. Tovuz rayonunda təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında yüksək bal toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində özəlliklə bəzi kəndlərdə problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb.
 
"Ümumiyyətlə məni çox sevindirdi ki, Tovuzdan ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Üstəlik yüksək balla daxil olanlar arasında qızlar daha çoxdur. Məncə Tovuz bu istiqamətdə gözəl örnəklərdəndir. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir."
 
Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi - əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı. "Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz.
 
Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var" - deyə öz fikirlərini bildirdi. Millət vəkili respublikamızın Ermənistantərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb. O, deyib ki Azərbaycan əlehinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar.
 
Görüşün sonunda millət vəkili Q.Paşayeva tələbələrə hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib. Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Görüşdə rayon icra hakimiyyətinin rəsmiləri və ictimaiyyətinin fəalları da iştirak edirdi.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif