Millət vəkili Qənirə Paşayeva Tovuzun 5 kəndinin sakinləri ilə görüşdü və onların ağır içməli su problemini təcili həlli üçün "Azərsu"ya təkrar müraciət etdi
Tovuzun böyük kəndlərindən olan Xatınlı, Əlimərdanlı, Qaraxanlı,Qədirli və Cilovdarlı kənd sakinləri ilə görüşən millət vəkili Qənirə Paşayeva sakinləri ilk öncə kəndlərini Tovuz şəhəri ilə birləşdirən avtomobil yolunun surətli tikintisi münasibəti ilə təbrik edib və onları bu istiqamətdə narahat edən ciddi prolemin artıq öz həllini tapdığını söyləyib və bunun cənab Prezidentin onlara diqqət və qayğısının nəticəsi olduğunu vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva ilə görüşdə kənd sakinləri ünvanlı sosial yardımla bağlı daha çox müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlərin təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, kəndə verilən içməli və əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması ehtiyacı ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar.
Sakinlər ən ciddi probleminin içməli və özəlliklə yay aylarında əkin sahələrini suvarma suyu olduğunu bildirərək millət vəkilindən bu problemin həllində dəstək olmasını xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkinlərin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının və bu ilin də quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu məsələ ilə bağlı narahatlığını çox yaxşı anladığını deyib.
Prezident İlham Əliyev tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğuna diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyinin daha da artacağını deyib. Millət vəkili Qənirə Paşayeva onların içməli və suvarma su ilə bağlı problemlərini bildiyini, bu barədə artıq müvafiq qurumlara müraciət etdiyini deyib.
Millət vəkili Qənirə Paşayeva onların ciddi içməli su problemini Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov ilə 2 dəfə müzakirə etdiyini və problemin həlli üçün kömək göstərilməsini xahiş etdiyini və Azərsu sədrinin bu məsələyə yaxın zamanlarda baxılacağına dair söz verdiyini bildirib. Millət vəkili kəndlərdə bir çox xəstələrin vəziyyəti ilə də maraqlanıb və bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib.
Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağın deyib.Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.
Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib. Bəzi imkansız ailələri də ziyarət edən millət vəkili Qənirə Paşayeva onların qayğı və problemləri ilə də maraqlanıb