Qənirə Paşayeva türkiyəli qonaqlarla görüşdü

Qənirə Paşayeva türkiyəli qonaqlarla görüşdü
Bütün Xəbərlər
12:24 13.03.2012
941
Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) dəvəti ilə Azərbaycanda səfərdə olan Türk Hava Qurumunun rəhbəri, General-leytenant Osman Yıldırım və Türk Hava Qurumunun universitetinin rektoru, professor Ünsal Banı ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Türk Hava Kurumu (THK) Azərbaycanda şöbə açmağı planlaşdırdıqlarını və Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gəldiklərini deyən Osman Yıldırımın sözlərinə görə, yeni yaradılmış THK Universiteti aviasiya sahəsi üzrə peşəkar texniki kadrların hazırlanmasında Azərbaycan da daxil olmaqla türkdilli ölkələri əhatə edən layihə həyata keçirməyə hazırlaşır: “Başlanğıcda biz THK Universitetində təhsil üçün Azərbaycan daxil hər türkdilli ölkədən 6 tələbə götürəcəyik. Onların bütün xərcləri Türk Hava Kurumu tərəfindən ödəniləcək. Onlara ən müasir tələblər səviyyəsində təhsil veriləcək, eyni zamanda Amerikada və müxtəlif ölkələrdə kurslarda iştiraka göndəriləcəklər”-deyə O. Yıldırım əlavə edib. Türk Hava Qurumunun universitetinin rektoru, professor Ünsal Banı bildirib ki, universiteti bitirənlərə veriləcək diplom dünyanın bütün ölkələrində tanınacaq və meyarlara uyğun gələn tələbələr işlə təmin olunacaqlar: “Biz orada aviasiyanın müxtəlif sahələri üzrə sırf texniki mütəxəssislər hazırlayacağıq. Onlar həm mülki, həm də hərbi aviasiya sahəsində çalışa biləcəklər. Eyni zamanda bizim universitetdə kosmik sahə üzrə mütəxəssislər hazırlanacaq”- deyə Ünsal Banı qeyd edib. Osman Yıldırım THK-nın hava idman növləri, həmçinin modelçilik üzrə Azərbaycanla əməkdaşlığa başlamaq üçün müzakirələr apardığını da qeyd edib.Görüşdə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Türkiyənin ən böyük qeyri-hökümət təşkilatlarından birinin Azərbaycanla sıx əməkdaşlıq etməsinin Azərbaycan-Türkiyə qardaşlığını daha da gücləndirəcəyini bildirib. Millət vəkili Qənirə Paşayeva qonaqlara Azərbaycanda həyata keçirilən islahatlar, Azərbaycanın qardaş Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində gördüyü işlər, habelə Ermənistanın işğalçılıq siyasəti, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalism aktları barədə geniş məlumatlar verib və bu istiqamətdə fikir mübadiləsi aparıb.
OXŞAR XƏBƏRLƏR