Qənirə Paşayeva TV rəhbəri ilə görüşdü

Qənirə Paşayeva TV rəhbəri ilə görüşdü
Bütün Xəbərlər
17:23 22.04.2014
699
Azərbaycanda səfərdə olan İraqda yaşayan türkmən kökənli soydaşımız Əl-Türkmania TV-nin rəhbəri Nermin əl-Mufti millət vəkili, İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə İraq arasında əlaqələrin və əməkdaşlığın getdikcə daha da genişlənməkdə olduğunu deyib. O, Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. Millət vəkili Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə geniş məlumat verib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin İraq ictimaiyyətinə, İraqda yaşayan soydaşlarımıza daha geniş şəkildə çatdırılmasında İraqda fəaliyyət göstərən televiziya kanalları ilə Azərbaycan telekanalları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu ifadə edən Əl-Türkmania TV-nin rəhbəri Nermin əl-Mufti rəhbərlik etdiyi telekanalın Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını, Azərbaycan haqqında, tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin İraq ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırmaq üçün Azərbaycan haqqında filmlərin, proqramların Əl-Türkmania TV-də yayımlanmasının vacibliyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR