Qənirə Paşayeva Xocalıdan danışarkən ağladı

Qənirə Paşayeva Xocalıdan danışarkən ağladı
Bütün Xəbərlər
00:30 21.02.2012
2445
Milli Məclisinin üzvü Qənirə Paşayeva Türkiyənin Dənizli şəhərində Pamukkale Universitetində təşkil edilən "Xocalı Faciəsinin 20-ci dönümü" adlı konfransda iştirak edib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, konfransda "Xocalı Soyqırımı" görüntüləri nümayiş olunan zaman Qənirə Paşayeva kövrəlib. Nümayişdən sonra çıxış edən millət vəkili gözyaşlarını saxlaya bilməyərək çıxışını yarımçıq saxlayıb. Sırasını MHP-nin İğdır Millət vəkili Sinan Oğana verən Paşayeva Oğanın çıxışından sonra təkrar kürsüyə qalxaraq çıxışını davam etdirib. Millət vəkili məqsədlərinin ermənilərin Xocalıda törətdiyi soyqırımı bütün dünyaya eşitdirmək olduğunu bildirib. Xocalı soyqırımını təkcə Azəri Türklərinə deyil, insanlığa qarşı edilmiş bir cinayət olaraq xarakterizə edən Paşayeva deyib: "Soyqırımı törədənlər ədalət qarşısında cavab verməlidir. Hər kəs Azərbaycana bu mövzuda dəstək olmalıdır. Xocalı soyqırımını izah etmək üçün konfranslar təşkil edirik. Ermənistan, Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayır. Bu gün 1 milyon Azəri Türkü evinə qayıda bilmir. Beynəlxalq təşkilatların qərarlarına baxılmır. Ermənistan, insanların evlərinə qayıtmasına icazə vermir. Biz də bunu dünyanın müxtəlif ölkələrində çatdırırıq. Meksika parlamenti və Pakistan senatı Xocalı soyqırımını dövlət səviyyəsində tanıması üçün qərarlar qəbul edib. Bu bizim üçün çox əhəmiyyətlidir. Xocalı soyqırımı başqa ölkələrin də gündəminə gəlib. İnanırıq ki, yaxın zamanda soyqırımı tanıyan ölkələrin sayı artacaq”.Qənirə Paşayeva həmçinin qeyd edib ki, Azərbaycan Xocalı soyqırımı məsələsində qardaş Türkiyədən dəstək gözləyir: "Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi yalnız bizim deyil, bütün türklərin problemidir. Biz bu məsələdə qardaşlarımızın dəstəyini gözləyirik. Soyqırımın görüntüləri var, beynəlxalq təşkilatların hesabatları var. Bu soyqırımı törədənlər Ermənistanın ən üst səviyyəsində əyləşən vəzifəli şəxslərdir və onlar hələ də cəzalanmayıblar. Ermənistanın bugünkü Müdafiə nazirinin və prezidentinin Xocalı soyqırımında şəxsən əli var. Bu insanlar hələ həyatdadırlar. Bu şəxslərə "insan" demək istəmirəm. İnsan belə bir qırğını necə edər? Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR