Qənirə Paşayeva yaralı əsgərimizin doğum günündə - FOTO

Qənirə Paşayeva yaralı əsgərimizin doğum günündə - FOTO
Bütün Xəbərlər
11:26 23.09.2014
2178
“Sənin üçün hamımız dua edəcəyik”.
Millət vəkili Qənirə Paşayeva Türkiyədə müalicə olunan azərbaycanlı əsgər Sərxan Tahirzadənin doğum gününü onunla bir yerdə qeyd edib.
AZXEBER.COM  xəbər verir ki, deputat bu barədə şəxsi Facebook səhifəsində yazıb:
Ankarada xəstəxanada Sərxanın doğum gününü qeyd etdik. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan qardaşlarımızdan olan Sərxanı ilk dəfə Bakıda Hərbi hospitalda ziyarət etmək istəyəndə xəstəxananın rəhbərliyi və həkimlər vəziyyəti sizə çox pis təsir edə bilər demişdilər. Reanimasiyada yatağına yaxınlaşdım. Onun vəziyyətini görəndə elə vəziyyətə düşdüm ki, heç bir şey danışa bilmirdim. Bir-birimizin gözlərimizə baxdıq və gözyaşları süzülməyə başladı. Bir az sonra özümü birtəhər toparlayıb əlindən tutdum və görəcəksən hər şey yaxşı olacaq sən indi hər zamankından daha güclü olmalısan və olacaqsan, sənin üçün hamımız dua edəcəyik dedim.
Sağ olsunlar dövlətimizin və qardaş Türkiyənin rəsmiləri yaralı əsgər və hərbçilərimizdən bir neçəsinin Ankarada müalicəsini davam etdirmələri üçün böyük dəstək göstərdilər və hər zaman yanlarında oldular.
Bir neçə gün əvvəl Sərxanın ad günü idi və bir az gec də olsa, onu təbrik üçün xəstəxanaya getdik. Dostlarla Anar bəy, Səidə xanımla kiçik və sürpriz bir doğum günü təbriki hazırladıq. Sərxan bizi əlimizdə tort, şamlarla görəndə mənim üçün sürpriz oldu dedi.
Bərabər doğum günü tortunu kəsdik və hamımız “Nə yaxşı ki, doğuldun Sərxan” deyə oxumağa başladıq. Xəstəxanada dostlar da bizi qoşuldular və gözəl bir doğum günü qeyd etdik. Sərxanla geniş söhbət etdik və onun getdikcə daha da yaxşılaşan görmək, özəlliklə psixoloji olaraq daha güclü görməkdən məmun oldum.
Sağ olsun həkimlər artıq ayağının birinə protez qoyulmasına başlanılıb. İnşallah, inanırıq ki, hər şey yaxşı olacaq. Razılaşdıq ki, elçiliyinə mən də getməli olacam və nəinki elçiliyə gedəcəyimi, hətta Sərxana nikah şahidi olacağıma da söz verdim. Xeyli gülüşdük. Dualarınızı Sərxan üçün əksik etməyin. İnanıram ki, inşallah bu cür gənc balalarımıza bu yaşda böyük ağrılar yaşadan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq. Mütləq! Sərxan isə sağalacaq və mutlu olacaq. Çünki dövlətimiz də,xalqımız da, hamımız yanındayıq və yanında olacağıq.
Nə yaxşı ki, doğuldun əziz Sərxan! Səni çox istəyirik və dualarımız hər zaman sənin üçün olacaq. İnşallah, qısa zamanda sağalasan və toyunda sənin arzuladığın kimi iştirak edə bilməyi Allah bizə nəsib etsin!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI
10:49 23.08.2025
Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
10:06 23.08.2025
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
04:12 23.08.2025
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
03:46 23.08.2025
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
02:28 23.08.2025
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
208 nəfər imtahan vermədən tələbə oldu
00:26 23.08.2025
208 nəfər imtahan vermədən tələbə oldu
Həmin pasiyent danışdı: "Məni bütün ölkəyə biabır etdilər" - VİDEO
23:54 22.08.2025
Həmin pasiyent danışdı: "Məni bütün ölkəyə biabır etdilər" - VİDEO
İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq
23:49 22.08.2025
İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq
DİM: IV qrupda 600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə daxil ola bilməyib
23:28 22.08.2025
DİM: IV qrupda 600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə daxil ola bilməyib
Almaniyada silahlı insident olub, ölən və yaralanan var
23:20 22.08.2025
Almaniyada silahlı insident olub, ölən və yaralanan var
Ali təhsil müəssisələrinə qeydiyyatın vaxtı açıqlandı
23:08 22.08.2025
Ali təhsil müəssisələrinə qeydiyyatın vaxtı açıqlandı
DİM boş qalan yerlərə ixtisas seçiminin vaxtını açıqlayıb
22:56 22.08.2025
DİM boş qalan yerlərə ixtisas seçiminin vaxtını açıqlayıb