Qənirə Paşayeva: ‘Yığışdırın belələrini sosial şəbəkələrdən..’ – STATUS
Bütün Xəbərlər
01:41 24.12.2012
2604
“Belələrinə pul verib, arxasında dayanıb müəyyən maraqları üçün istifadə edənlər, belələrinin əli ilə başqalarına zərbə vurmaq istəyənlər yazıqlar olsun sizə!”AZXEBER.COM-un məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva öz şəxsi “facebook” səhifəsində yazdığı statusda bildirib. Millət vəkili bəzi təşkilatların şər və böhtan xarekterli çıxışlarını sərt tənqid edib. Onun sözlərinə görə, bu cür təşkilatlar cəmiyyətə mənfi təsir göstərməkdən başqa bir işə yaramırlar:“Cəmiyyətdə elə insanlar var ki, onların sizi bəyənməməsi,sizi pisləməsi əksinə sizin hörmətinizi artırır.Çünki bu adamlar cəmiyyətdə elə bir imic qazanıblar ki onların sizi bəyənməsi, normal, obyektiv yanaşa bilməsi çoxlu suallar yarada bilərdi.. Yaxşı ki belələri azdır.. Onlara çox fikir verməyin.. Belələrinin ya mənəviyyatında, ya psixoloji durumunda ciddi problemlər var, ya da ciddi psixi xəstəlikdən əziyyət çəkirlər”.Qənirə Paşayeva bu təşkilatları maliyyələşdirən insanları da sərt tənqid edib:“Belələrinə pul verib, arxalarında dayanıb təşkilat yaratmasına şərait yaradanlar, onların yaramaq əməllərinə kömək edənlər görəsən cəmiyyət üçün nə qədər böyük pislik etdiklərinin fərqindədirlərmi? Amma təkcə cəmiyyət üçün deyil, elə o adamın özü üçün də.. Çünki bu cür adamların sonu hər zaman faciə ilə bitir..Belələrinə pul verib, arxasında dayanıb müəyyən maraqları üçün istiqadə edənlər, belələrinin əli ilə başqalarına zərbə vurmaq istəyənlər yazıqlar olsun sizə! Belələrinə pul, dəstək yox ilk öncə ciddi həkim müayinə və müalicəsi təşkil etsəydiniz daha çox həm ona, həm də cəmiyyətə kömək edərdiniz.. Yığışdırın belələrini sosial şəbəkələrdən.. Sonunda ən böyük zərbəni elə sizin özünüzə vuracaq necə ki, öncələri belə olub...Millət vəkili statusun sonunda bu cür insanların cəmiyyətdə mövqe sahibi olmaq istəmələrinin qeyri-səmimi olduğunu bildirib:“Bir də bu kimi oyunlar hər zaman onu quranların öz başlarında çatlayır..Bunu da həyatda çox müşahidə etdik.. İnşallah sizdə də belə olacaq.. Mən buna inanıram.. Çünki içində Allah sevgisi bir tərəfə hətta Allah qorxusu belə olmayan və ona-buna böhtan atmaq, aşağılamaq, zərbə vurmaq istəyənləri böyük Allahımız öxü layiqincə cəzalandırır və mən inanıram ki, cəzalandıracaq!”