Qənirə Paşayeva Özbəkistanın Xarəzm vilayətinin rəhbərliyi ilə görüşdü - FOTO

MƏDƏNİYYƏT
19:18 01.11.2021
780
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Özbəkistanın Xarəzm vilayət hakiminin müavini Batir Saidov və Xivə şəhər hakimi Temur Davletov ilə görüşüb

AZXEBER.COM xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adınaAzərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Q.Paşayeva Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin Xarəzmdə keçirilən tədbirlərinin yüksək səviyyədə keçməsinə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə vilayət və şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

Qənirə Paşayeva və görüşdə iştirak edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Xivə ilə Şuşanın qardaşlaşması ilə bağlı irəli sürdüyü təşəbbüs Xarəzm və Xivə rəhbərliyi tərəfindən rəğbətlə qarşılanıb.

Xivə şəhərinin, Xarəzm vilayətinin rəhbərliyi Azərbaycanın ötən il əldə etdiyi tarixi Zəfər münasibəti ilə Azərbaycanı təbrik edib.

Q.Paşayeva Xarəzm və Xivə rəhbərliyinə Azərbaycan mədəniyyətini əks etdirən hədiyyələr, o cümlədən xarıbülbülü simvolizə edən xatirə hədiyyəsi təqdim edib, onları Azərbayacana səfərə dəvət edib.

Görüşdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Nəfəs İB-nin rəhbəri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova və bir qrup fəal xanım - Afaq İsmayılzadə, Rəfiqə İsayeva, Canelya Qafarova, Tehran Nağıyeva iştirak edib.
 
 

 

 


OXŞAR XƏBƏRLƏR